45c9288f-081d-40a8-b95c-6df2e3684924.jpg

Gəncə sakinləri suya qoyulan sayğacdan dolayı ağacları sulaya bilmirlər

Baxış sayı: 177 dəfə baxılıb.

Gəncə şəhər sakinləri Şah İsmayıl Xətai prospektində, restoran yaxınlığındakı
ümumi istifadə edilən suya sayğacın qoyulmasından narazıdırlar:

Onlar Cixisyolu.com-a müraciət edərək bildiriblər ki, hazırda suya qoyulan sayğacdan
dolayı ağacları sulaya bilmədikləri üçün yaşıllıq məhv olur:

“Əvvəllər ağacları sulamaq üçün ümumi istifadə etdiyimiz su var idi. Həmin
suya sayğac quraşdırdılar. Bundan sonra sudan istifadə zamanı sayğac çox məbləğ
yazdığı üçün ağacları sulaya bilmədik. Ağaclar da susuz qalıb quruyur. Hamısı
bahalı ağacdır, yaşıllıqdır. Əgər parklarda su sayğacsızdırsa, burada da elə
olmalıdır. Burada ağaclıqdır, park kimidir. Suyu sayğacsız etsinlər, biz də
ağacları sulayaq, qurumasınlar. Bununla bağlı icra hakimiyyətinə şikayət
etmişik. Deyirlər ki, biz ona baxmırıq”.

Mövzu ilə bağlı Cixisyolu.com Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, məsələ ilə əlaqədar olaraq,
ərazidə yaşayan sakinlərin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat
Birliyinin Yaşıllaşdırma şöbəsinə müraciət etmələri tövsiyə olunur.

“Qeyd olunan ərazidə su sayğacı şəhər ərazisində olan su sərfiyyatının
ölçülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin
Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə şəhər Sukanal idarəsi tərəfindən
quraşdırılıb. Məsələ ilə əlaqədar olaraq, ərazidə yaşayan sakinlərin Gəncə
şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinə
müraciət etmələri tövsiyə olunur. Belə ki, sakinlərin müraciəti əsasında Gəncə
şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazidə olan yaşıllıqlara
qulluq göstərə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin
Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə şəhər Sukanal idarəsi ilə müqavilə
bağlayaraq, sərf olunan suyun müqabilində ödəniş edə bilər”.

Aygün Mirakif

Source link