58dbdb2e-fc8d-43cc-926e-752441f15b9c..jpg

Gəncə sakinlərindən silah və narkotik aşkarlanıb – FOTO

Baxış sayı: 708 dəfə baxılıb.

Gəncə sakinlərindən silah və narkotik aşkarlanıb – FOTO

Gəncə sakinlərində silah və narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının
daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində silsilə oğurluq hadisələri törədən Nicat Mehtiyev saxlanılıb.
Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində
onun qanunsuz olaraq əldə edib saxladığı bir ədəd qundağı və lüləsi kəsilmiş ov
tüfəngi, 3 ədəd həmin tüfəngə məxsus 16 kalibrli patron və bir ədəd giliz aşkar
olunaraq götürülüb.

Baş İdarənin 4-cü Polis Bölməsinin əməkdaşları da qanunsuz olaraq odlu silah
əldə edib saxlamaqda şübhəli bilinən şəxsi saxlayıblar. Əməliyyat-axtarış
tədbirləri nəticəsində Elmir Vəliyevdən bir ədəd “Kalaşnikov” markalı avtomat,
həmin silaha aid bir ədəd daraq və bir ədəd patron aşkar edilərək götürülüb.

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən
isə şəhər ərazisindəki avtomobilə qanunsuz daxil olub, oğruluq törətməkdə
şübhəli bilinən Ruslan Qasımov və İlqar Əliyev saxlanılaraq maddi sübutla
birlikdə istintaqa təhvil veriblər.

Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz
olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10-a yaxın şəxs
saxlanılıb. Onlarda marixuana, heroin, tiryək və metamfetamin aşkarlanıb, həmin
şəxslər istintaqa təhvil veriliblər. Faktlarla bağlı araşdırmalar davam
etdirilir.

Source link