24d76004-c08a-4618-8d7a-aaef3598d57a..jpg

Gəncə terrorunun canlı şahidləri: “Anaların ürəyi dağlı qalıb” – VİDEO

Baxış sayı: 462 dəfə baxılıb.

Gəncə terrorunun canlı şahidləri: “Anaların ürəyi dağlı qalıb” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi zamanı Ermənistanın Gəncədə törətdiyi 5-ci terror
hadisəsindən üç il ötür.

Raket hücumu nəticəsində yaxınlarını itirən Gəncə sakinləri Baku TV-yə həmin
dəhşətli gecədən danışıblar.

Babası terror qurbanı olan Gülçin Ağayeva deyir ki, qonşularının köməyi ilə
xəstəxanaya çatdırılıb:

“Xəstəxanaya gedəndə gördüm ki, babamdan başqa ailəmin bütün üzvləri sağdır.
Həmin gecə o, şəhid oldu”.

17 oktyabrda şəhid olanlardan 4-ü Ramiz Qəhrəmanovun ailə üzvləridir.

O, həmin gecə yaşananları belə xatırlayıb:

“Oyandım ki, başımın üstündə tavan yoxdur. Döşəmə də dağılmışdı. Qızımı və üç
nəvəmi itirdim”.


Source link