3b25f1b7-83c2-40ab-9759-b9baa4df0a2d..jpg

Gəncə terrorunun qurbanı mülki şəhid Tunar Əliyev: Ailəsindən ürəkdağlayan sözlər – VİDEO

Baxış sayı: 515 dəfə baxılıb.

Gəncə terrorunun qurbanı mülki şəhid Tunar Əliyev: Ailəsindən ürəkdağlayan
sözlər – VİDEO

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri
tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür.

Ermənilərin atdığı raketlər 2020-ci il oktyabrın 4-də səhər saatlarında Gəncə
şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə
düşüb.

Nəticədə Tunar Qoşqar oğlu Əliyev şəhid olub, digər 32 mülki şəxs isə
yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan
dəyib.

Terror qurbanı olan 20 yaşlı Tunarın anası Validə Əliyeva Baku TV-yə həmin
dəhşətli gündən danışıb.

“Onunla bərabər hər şeyimi itirdim. Hərbi xidmətdən gəlməyinin bir ili tamam
olmamışdı, işə təzə başlamışdı. İş yoldaşları ilə əsgərlərə yardım apararkən
yolda terrorun qurbanı oldu”, – deyə şəhidin anası söyləyib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Source link