Gəncədə yolu keçmək istəyən yeniyetməni maşın vurub.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.Şəhər sakini 15 yaşlı İlqar İsmayılov yolu keçmək istəyərkən onu minik maşını vurub.
Yaralı dərhal Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. İ.İsmayılovun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Nazir QULİYEV