8061c81e-beac-4fac-9869-857ffd5fb229..jpg

Gəncədə 20 yaşlı qız atasının doğum günündə intihar edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 986 dəfə baxılıb.

Gəncədə 20 yaşlı qız atasının doğum günündə intihar edib – YENİLƏNİB + FOTO

Gəncədə tələbə qızın intihar etməsinin bəzi detalları məlum olub.

Lent.az xəbər verir ki, buna səbəb qızın üzləşdiyi ağır itki olub.

Belə ki, 1 yanvar tarixində Kübranın atası – İctimai Təhlükəsizlik Bölməsinin
sabiq rəisi Famil Həsənov qəflətən vəfat edib.

Bundan sonra gənc qız hadisənin təsiri altından çıxa bilməyib.

Kübranın intihar etdiyi tarix atasının doğum günü olub.

Qeyd edək ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Mərhumun qardaşı isə polis əməkdaşıdır.

19:22

Gəncə Dövlət Universitetinin tələbəsinin intihar səbəbi məlum olub.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə “Azərbaycan Universitetləri” “Facebook”
səhifəsində məlumat verilib.

Bildirilib ki, Universitetin Alman dili fakültəsinin III kurs tələbəsi Kübra
Həsənova atasının qəfil ölümünə tab gətirə bilməyərək intihar edib.

14:08

Gəncə şəhərində intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Tağıyev küçəsində qeydə alınıb.

Şəhər sakini 20 yaşlı Kübra Həsənova yaşadığı evin həyətində özünü asıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Source link