Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Cixisyolu.com xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini
1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə
yetirilməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə
şübhəli bilinən 1971-ci il təvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.