Gəncədə ağər yol nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Surucu, 1985 – ci il təvəllüdlü Bayramov ilham Oqtay oğlunun idarə etdiyi 20-DT-794 dövlət nömrə nişanlı “QAZel” markalı yük maşını piyadanı vurub.
Yolu keçmək istəyərkən hərəkətdə olan avtomobilə çırpılan 1930 – cu il təvəllüdlü Nəriman Məmmədov ağır kəllə beyin travması ilə Gəncə şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Nazir Quliyev