Gəncədə abidələrə vurulmuş qanunsuz reklam lövhələri sökülüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncə şəhərinin Heydər Əliyev, Nizami, Atatürk prospektlərində, Cavadxan və
Mirzə Abbas Abbaszadə küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinin
fasadına qanunsuz vurulmuş reklam lövhələri aşkar edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətindən verilən xəbərə görə, Xidmətin Gəncə Regional İdarəsinin
əməkdaşları tərəfindən aparılan monitorinq zamanı aşkar olunan qanunsuz
reklamların sökülməsi ilə bağlı obyekt sahiblərinə xəbərdarlıq edilib. Dövlət
Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində qeyd olunan ünvanlarda yerləşən 25
memarlıq abidəsinin fasadına vurulmuş qanunsuz reklam lövhələri sökülərək
nöqsanlar aradan qaldırılıb.
Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir:
“Bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrinin mühafizəsinə, gələcək
nəsillərə tam şəkildə çatdırılmasına dəstək göstərməyə, dövlət tərəfindən
mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştiraka səsləyirik.
Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan
vətəndaşlarımızı abidələrimizin estetik görünüşünün qorunmasına həssas
yanaşmağa çağırırıq”.