1d605149-21ca-4fcd-bc71-6dce414ad0bf..jpg

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 602 dəfə baxılıb.

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb – FOTO/VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin (ŞBPİ DYPB)
əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud
şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupundan verilən məlumata görə, İdris Quliyev idarə etdiyi VAZ markalı
avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud
şəkildə pozaraq avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi
nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması üzə
çıxıb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən,
tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə
göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa araşdırmalarla bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı
avtomobillərə konstruksiya dəyişikliyi, görməni məhdudlaşdıran şüşə və digər
vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı
məlum olub. Həmin sürücülər də saxlanılaraq onlarla profilaktiki söhbət
aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.


Source link