Gəncədə avtoxuliqanlıq edən xanım bloqerin görüntülərinə DİN-dən reaksiya –
YENİLƏNİB + VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Gəncədə xanım bloqerin avtoxuliqanlıq etməsi ilə
bağlı görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı
Eşqin Qasımov Cixisyolu.com-a açıqlamasında bildirib ki, hazırda Gəncə Şəhər Baş
Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində həmin görüntü ilə bağlı araşdırma
aparılır:
“Tezliklə sürücü barəsində qanunamüvafiq tədbir görüləcək”.
14:40
Xanım bloqer Gəncədə avtoxuliqanlıq edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
60-BV-560 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sükanı
arxasında oturan xanım avtomobili sürətlə idarə etməklə riskli manevrlər edib.
Gəncənin mərkəzi parkında avtoxuliqanlıq edən xanım davamlı olaraq manevr
qaydalarını pozaraq, şou xarakterli hərəkətlər edib və həmin videoları sosial
şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, xanım bloqer uzun müddətdir ki, sosial şəbəkələrdə VAZ markalı
avtomobillərlə çoxsaylı videolar çəkərək paylaşır.
İlhamə Əbülfət
Source link