36a5cda7-88ee-4758-8b69-3699789a9d97..jpg

Gəncədə bir ailənin üç üzvünün bıçaqlanmasının TƏFƏRRÜATI – YENİLƏNİB

Baxış sayı: 774 dəfə baxılıb.

Gəncədə bir ailənin üç üzvünün bıçaqlanmasının TƏFƏRRÜATI – YENİLƏNİB

Gəncə şəhərində bir ailənin üç üzvünün bıçaqlandığı hadisənin bəzi təfərrüatı
məlum olub.

“Report”un məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər
sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirov Gəncə şəhərində yaşayan keçmiş
həyat yoldaşı, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova ilə mübahisə edib.

Mübahisə zəminində qadını boyun nahiyəsindən bıçaqlayıb. Həmçinin qadının
qardaşını, 1992-ci il təvəllüdlü Elnur Rövşən oğlu Əlimərdanovu kürəyindən,
onların qohumu, 1980-ci il təvəllüdlü Elşən Qabil oğlu Əlimərdanovu isə boyun
nahiyəsindən bıçaqlayıb, daha sonra isə hadisə yerindən qaçıb.

Hər üç zərərçəkən xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətməkdə şübhəli
bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində
əməliyyat-axtarış tədbirləri aparır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

22:19

Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Cixisyolu.com-a verilən məlumata
görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il
təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və
1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya
yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti
Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum
olub.

Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri
tədbirlər davam etdirilir

APA-nın məlumatına görə, həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat
yoldaşı yaşadıqları evdə bıçaqlayıb.

Source link