17bf06d0-b586-49d6-861f-91265d5d22b6..jpg

Gəncədə çökmə təhlükəsi ilə üzləşən ticarət mərkəzindən insanlar təxliyə edildilər – YENİLƏNİB

Baxış sayı: 460 dəfə baxılıb.

Gəncədə çökmə təhlükəsi ilə üzləşən ticarət mərkəzindən insanlar təxliyə
edildilər – YENİLƏNİB

Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi Univermaq binasının
bir hissəsinin çökmə ehtimalının olması barədə Fövqəladə Hallar Nazirliyinə
(FHN) məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə
cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların
təxliyəsi təşkil olunub.

10:56

Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub.

“Report”un Qərb bürosunun məlumatına görə, çökmə “Univermaq” binasında qeydə
alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və aidiyyəti qurumların
əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Source link