f170cf66-60b6-4f28-9cfc-3936bfde6415..jpg

Gəncədə evdən meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi AÇIQLANDI – YENİLƏNİB + FOTO

Baxış sayı: 738 dəfə baxılıb.

Gəncədə evdən meyiti tapılan müğənni ilə rəqqasənin ölüm səbəbi AÇIQLANDI –
YENİLƏNİB + FOTO

Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb, qazdan zəhərləndikləri
ehtimal olunur.

“Report”un məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən
evlərin birində qeydə alınıb.

Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və
1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar
Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.

Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların
itkin düşməsi ilə bağlı məlumat verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

15:10

Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il
təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının evdə meyitləri aşkarlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının
əməkdaşları cəlb olunub.

Hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat
veribmiş.

Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva isə rəqqasə olub.

14:32

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

Cixisyolu.com-ın məlumatına görə, 1989-cu il təvəllüdlü Turxan Əliyev Tofiq oğlu və
2000-ci il təvəllüdlü Aytən Abdullayeva Elsəvər qızının yaşadıqları evdə
meyitləri aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə
məlumat veribmiş.

Samir İsayev

Source link