0520f0ef-7eb4-46e1-9090-ceb97bb79f36..jpg

Gəncədə ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Baxış sayı: 471 dəfə baxılıb.

Gəncədə ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Gəncə şəhərində ildırım nəticəsində baş vermiş yanğın söndürülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, ildırım düşməsi nəticəsində şəhər
ərazisində üçmərtəbəli binanın 2-ci mərtəbəsində olan mənzillərin birinin
mətbəxində elektrik avadanlığında qısaqapanma nəticəsində yanğın olub.

Yanğın dərhal söndürülərək genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

19:41

Gəncədə evə ildırım düşüb, yanğın baş verib.

“Report”un məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə
şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi
cəlb olunub.

Qeyd edək ki, axşam saatlarından şəhər ərazisində yağıntılı hava şəraiti
müşahidə olunur. Qeyri-sabit hava şəraiti ətraf rayonlarda da davam edir.

Source link