b615bb1c-cdbf-4f92-9e35-767dc96de02e..jpg

Gəncədə kişi sevgilisini döydü, saxlanıldı

Baxış sayı: 515 dəfə baxılıb.

Gəncədə kişi sevgilisini döydü, saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhər sakini olan qadın Gəncə Şəhər Baş Polis İdarəsinə (ŞBPİ)
qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi və digər hüquqazidd
hərəkətlər etməsi ilə bağlı müraciət edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Cixisyolu.com-a bildirilib ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və
həmin qadına qarşı qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən Gəncə şəhər
sakini Rəşad Quliyev müəyyən olunaraq saxlanılıb.

Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Source link