Gəncədə külək şəhərin elektrik təsərrüfatına ziyan vurub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncədə güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik
təsərrüfatına zərər dəyib.
“Report”un məlumatına görə, külək səbəbindən qısaqapanma baş verib, elektrik
xətləri sıradan çıxıb.
Nəticədə mikrorayon ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və problemin həlli
istiqamətində işlər aparılır.
Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir. Külək
səbəbindən bir neçə ağac aşıb.
18:16
Gəncənin bəzi ərazilərində güclü külək səbəbindən elektrik enerjisinin
verilişində yaranan fasilə aradan qaldırılıb.
Bu barədə Cixisyolu.com-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, külək səbəbindən Gəncə şəhəri 3-cü mikrorayon ərazisində
elektrik xəttində qısa açılma olub:
“Problem qısa zamanda aradan qaldırılıb. Hazırda sözügedən ərazidə elektrik
enerjisinin verilişində heç bir problem yoxdur”
17:22
Hazırda Gəncə şəhərində güclü külək əsir, bu səbəbdən 3-cü mikrorayon və bəzi
ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Report”un Qərb bürosunun məlumatına görə, külək nəticəsində yaranmış toz
dumanı, həmçinin avtomobillərin hərəkətində də qismən çətinlik yaradıb.
Küləkli hava şəraiti səbəbindən başqa fəsadların olub-olmaması aidiyyəti
qurumlar və idarələr tərəfindən araşdırılır.
Könül Cəfərli