32ab0ed7-5f05-4afb-a0f2-e3f8e49eb088..jpg

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutuldu

Baxış sayı: 2. 917 dəfə baxılıb.

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs
tutuldu

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs
saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər BPİ əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elgün Abbasov
saxlanılıb.

Onun üzərindən 21,89 qram metamfetamin və 20,26 qram heroin aşkarlanıb.
Abbasovun idarə etdiyi “Ford” markalı avtomobildə isə 50 qram metamfetamin və
984 qram heroinin saxlaması üzə çıxıb. Faktla bağlı araşdırma davam edir.

Source link