9756b465-3308-42e1-a001-76ad4057e65c..jpg

Gəncədə oğurluq, quldurluq və narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanıldılar – FOTO

Baxış sayı: 928 dəfə baxılıb.

Gəncədə oğurluq, quldurluq və narkotik saxlamaqda şübhəli bilinən şəxslər
saxlanıldılar – FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq
etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın regional bürosunun məlumatına görə, aparılan araşdırmalarla müəyyən
edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Zorxan Rzayev şəhər
ərazisindəki fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 39 min
manat nağd pul, ümumi dəyəri 10 min manat olan müxtəlif məişət əşyaları və 5
500 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını oğurlayıb. Z.Rzayev
saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Cabbarov, Rəşad Ələkbərov, Ülvi
Novruzov və Vüsal Əsgərov qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda
şübhəli bilindiyinə görə saxlanılıblar. Üzərlərindən “tiryək” və “metamfetamin”
aşkarlanan saxlanılan şəxslərdən Rəşad Ələkbərov və Ülvi Novruzovun şəhər
ərazisində oğurluq etmələri də məlum olub. Bununla da Baş İdarə və onun tabeli
qurumlarının əməkdaşlarının həftə ərzində keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində 10-a yaxın şəxs qanunsuz olaraq narkotik maddə əldə
etməsinə görə saxlanılıb.

4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər
nəticəsində isə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalar zamanı Kənan Orucov və Alpaşa İbrahimovun mağazaya daxil olaraq
satıcını bıçaqla hədələyərək 100 manat pul və 1 qutu siqaret alması, bundan
başqa Kənan Orucovun satıcıya bıçaq xəsarəti yetirməsi məlum olub.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat
İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Source link