16ccd6dc-b7c6-4b60-8b01-0c927a8dc76e..jpg

Gəncədə partlayıcı maddələrin istehsalı zavodunun tikintisi nə vaxt yekunlaşdırılacaq?

Baxış sayı: 815 dəfə baxılıb.

Gəncədə partlayıcı maddələrin istehsalı zavodunun tikintisi nə vaxt
yekunlaşdırılacaq?

Cari ildə Gəncə şəhərində partlayıcı maddələrin istehsalı üzrə zavodun tikinti
işlərinin başlanılması və yekunlaşdırılmasını planlaşdırılır.

Bu barədə “AzerGold” QSC məlumat yayıb.

Bildirilib ki, qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar
Cəmiyyətdə 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş
müşavirədə bildirib.

Onun sözlərinə görə, “AzerGold” tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı
modeli əsasında təsis edilmiş törəmə cəmiyyət – “AzerBlast” MMC tərəfindən
sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodun qurulması
layihəsinin icrası istiqamətində işlərin sürətlə davam etdirilir.

O, istehsal gücü 31 min ton sənaye partlayıcısı olan zavod üzrə Gəncə
şəhərində cari ildə tikinti işlərinin başlanılması və yekunlaşdırılmasının
planlaşdırıldığını bildirib.

Z.İbrahimov həmçinin yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən
işlərin sürətləndirilməsi, ehtiyatların artırılması məqsədilə geoloji kəşfiyyat
işlərinin daha da intensivləşdirilməsi, bütün fəaliyyət istiqamətləri üzrə
artım dinamikasının qorunub saxlanılmasına dair tapşırıq və tövsiyələrini verib.

Source link