d94ec709-2146-4daa-867d-f7cb9840a55c..jpg

Gəncədə qəbiristanlıqlardan metal güldanlar oğurlanıb – FOTO/VİDEO

Baxış sayı: 582 dəfə baxılıb.

Gəncədə qəbiristanlıqlardan metal güldanlar oğurlanıb – FOTO/VİDEO

Gəncədə qəbiristanlıqlardan oğurluq etmək istəyən şəxs cinayət başında
saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Gəncə
Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki
qəbiristanlıqlardan birində gecə saatlarında naməlum şəxsin olması barədə
məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata
keçiriblər və bu zaman qəbiristanlıqdakı metal güldanları oğurlamaq istəyən
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb. Maddi
sübutlarla birlikdə istintaqa təhvil verilən İ.İbrahimov törətdiyi cinayət
əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Source link