bb2397f7-6045-44c4-8c13-3c015776bfe6..jpg

Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub – YENİLƏNİB

Baxış sayı: 607 dəfə baxılıb.

Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş
inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü
Vasif Həsənovun kəsici-deşici alətlə xəsarət yetirilərək qətlə yetirilməsi ilə
bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq
araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən,
1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsilə cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları
tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş
üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

23:16

Gəncədə qətl hadisəsi baş verib.

Cixisyolu.com-ın məlumatına görə, şəhər sakini 1987-ci il təvəllüldü Vasif Həsənov
bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün
olmayıb.

İlhamə Əbülfət

Source link