ab1c8602-fb72-4c45-a138-51489ee7b13b.jpg

Gəncədə qətl hadisəsinin bəzi detalları məlum oldu

Baxış sayı: 101 dəfə baxılıb.

Gəncə şəhərində 44 yaşlı Şəmistan Süleymanovun ölümünün bəzi təfərrüatı məlum
olub.

“Unikal”ın məlumatına görə, qətlə yetirilən 1971-ci il təvəllüdlü Şəmistan
Süleymanov Nəsimi Mustafayevin fəhlə işlədiyi ünvana gələrək borcunu istəyib.

Nəticədə onlar arasında mübahisə yaşanıb və N.Mustafayev Şəmistan Süleymanova
kəsici alətlə bir neçə zərbə vurub. Ş.Süleymanov xəstəxanaya çatdırılsa da,
onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, mərhum usta olub və tərəflər arasında qohumluq
əlaqələri var. Hadisə Tontanlı küçəsi, 6-cı döngə, ev 13-də (yeni məhlələr) baş
verib.

Qeyd edək ki, hadisənin 400 manat borc üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

17:42

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Cixisyolu.com xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini
1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə
yetirilməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə
şübhəli bilinən 1971-ci il təvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Source link