8f5c610b-7f55-42b8-b4d1-16da10cdab29.webp

Gəncədə qadın şəkilləri ilə şantaj edilib – Saxlanılan var

Baxış sayı: 35 dəfə baxılıb.

Gəncədə qadın şəkilləri və barəsində rüsvayedici məlumatların paylaşılması ilə
hədələnib.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Cixisyolu.com-a verilən məlumata
görə, Gəncə şəhər sakini olan bir xanım Gəncə Şəhər Baş Polis İdarəsinə
müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edərək
şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə
hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni
törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link