Gəncədə qeysəriyyə əməliyyatından sonra ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
1993-cü il təvəllüdlü, 30 həftəlik hamilə olan şəxs 27.03.2024-cü il tarixində
saat 16:58-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal
Mərkəzin Ginekologiya şöbəsinə huşsuz vəziyyətdə, ağır preeklampsiya, qanazlığı
və sifilis diaqnozları ilə yerləşdirilib.
TƏBİB-dən Modern.az-a bildirilib ki, pasiyent qeysəriyyə əməliyyatı olunub və
cinsi qız, boyu 41 sm, çəkisi 1 kq 300 qram olan uşaq dünyaya gətirib.
Daha sonra zahı qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas
Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin
səylərinə baxmayaraq, 01.04.2024-cü il saat 08:30-da kəskin ürək-ağciyər
çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınıb.
Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma
aparılır. Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji
Anatomiya Birliyinə təhvil verilib.
Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə nəticəsində
aydınlaşacaq.
Qeyd edək ki, azyaşlının müalicəsi isə Perinatal Mərkəzin Yenidoğulmuşların
reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabildir.
09:32
Gəncə şəhərində qeysəriyyə əməliyyatı olunan gənc qadın bir neçə gün sonra
xəstəxanada ölüb.
“Report”un Qərb bürosunun məlumatına görə, Tərtər rayon sakini, 1993-cü il
təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən
xəstəxanalardan birində qeysəriyyə əməliyyatı keçirib.
Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.