09291e5e-e8b4-48fa-aa3f-b993d83d461f..jpg

Gəncədə sərnişin avtobusu dayanacağa çırpılıb, xəsarət alan var

Baxış sayı: 568 dəfə baxılıb.

Gəncədə sərnişin avtobusu dayanacağa çırpılıb, xəsarət alan var

Gəncədə sərnişin avtobusu dayanacağa çırpılıb, xəsarət alan var.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi
prospektində qeydə alınıb.

Belə ki, 9 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu dayanacağa, sonra
köşkə çırpılıb. Qəza zamanı köşkdə işləyən 1990-cı il təvəllüdlü Ümid Heydərov
yüngül xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları
xəsarət alan şəxsə yardım göstəriblər. Sərnişin avtobusunun sürücü Qafar
Əliyevin sözlərinə görə, qəzaya səbəb avtobusun əyləc sistemində anidən
nasazlığın yaranması olub.

Qeyd edək ki, qəza zaman sahibkara ziyan dəyib. Faktla bağlı araşdırma
aparılır.

Source link