ace45b6e-0d84-4a2b-bcd6-b2e00c2cde54..jpg

Gəncədə silahlı şəxs tutulub

Baxış sayı: 310 dəfə baxılıb.

Gəncədə silahlı şəxs tutulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Gəncə
Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum
olunmuş Ruslan Süleymanov saxlanılıb. Ondan içərisində 26 ədəd patron olan
patron darağı götürülüb.

Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən nömrəsi silinmiş “AK-74”
markalı avtomat silahı, 26 ədəd patron və bir ədəd patron darağı da aşkar
olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Source link