86cd6fc5-0606-4206-ab92-431576da7346..jpg

Gəncədə su kanalında meyit tapılıb

Baxış sayı: 544 dəfə baxılıb.

Gəncədə su kanalında meyit tapılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə su kanalında meyit tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional
qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun
əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin baxış zamanı meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar
edilməyən meyitin 1969-cu il təvəllüdlü Tahir Hüseynov olması məlum olub.

Faktla bağlı müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.

Source link