Gəncədə toyda düşən davada üç nəfər bıçaqlandı – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncədə toy mərasimində mübahisə düşüb, xəsarət alanlar var.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində keçirilən toy
mərasimlərinin birində qonaqlar arasında mübahisə düşüb.
Nəticədə Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü
il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar.
Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis
kapitanı Eşqin Qasımov “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq
bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları
hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törədən şəxs və ya
şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
23:20
Göygöl rayon sakini toy mərasimində bıçaq xəsarəti alıb.
“Report”un məlumatına görə, 1972-ci il təvəllüdlü K.Əliquliyev Gəncə şəhərində
keçirilən toy mərasimində bıçaqlanıb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.