3c4a3221-e7ec-44e7-a487-9d6aa67aab49..jpg

Gəncədə tullantıları qalaqlayaraq yandıran rəngsaz cəzalandırıldı

Baxış sayı: 599 dəfə baxılıb.

Gəncədə tullantıları qalaqlayaraq yandıran rəngsaz cəzalandırıldı

Gəncədə tullantıları qalaqlayaraq yandıran şəxs cərimələnib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Gəncə şəhəri,
Ə.Rəfibəyli küçəsində yerləşən “Gəncə Ekspress” ASC-nin həyətində tullantıların
qalaqlanaraq yandırılması faktı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı tullantıların
“Gəncə Ekspress” ASC-nin həyətində yerləşən rəngsaz sexində işləyən Tural
İsmayılov tərəfindən yandırıldığı məlum olub.

Faktla bağlı akt, protokol tərtib olunub və T.İsmayılov barəsində
qanunamüvafiq tədbir görülüb.

Əraziyə cavabdeh “Gəncə Ekspress” ASC-nin İdarə heyətinin sədri Eltac Əliyevə
ərazinin təmizliyinə nəzarət olunması ilə bağlı ciddi xəbərdarlıq edilib,
rəngsaz sexinin rəhbərliyinə isə belə halların təkrarlanmaması üçün məcburi
göstəriş verilib.

Source link