fa1ebdff-bf84-4738-8aef-df48e2191d4c..jpg

Gəncədə üç ay əvvəl küləyin uçurduğu dam örtüyü hələ də bərpa edilməyib – VİDEO

Baxış sayı: 543 dəfə baxılıb.

Gəncədə üç ay əvvəl küləyin uçurduğu dam örtüyü hələ də bərpa edilməyib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə ötən il dekabrın 23-də güclü küləyin uçurduğu dam örtüyü hələ də bərpa
edilməyib.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər binanın döşəməsinə, masaların
üzərinə müxtəlif qablar düzərək evə daman yağış suları ilə mübarizə aparmağa
çalışırlar.

Hər yağış yağanda eyni vəziyyət yarandığından sakinlərin binanın damına
polietilen örtüklər sərərək suyun dammasının qarşısını almağa çalışırlar. Buna
baxmayaraq, binanın bloklarında və mənzillərdə yağıntıların fəsadları aşkar
görülməkdədir.

Məsələ ilə bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyindən
bildirilib ki, sözügedən ünvanda küləyin törətdiyi fəsadla əlaqədar müvafiq
hesablama və sənədləşmə işləri aparılıb. Yaxın günlərdə zəruri tikinti
materiallarının ayrılması və təmir işlərinə başlanması nəzərdə tutulur.

Ətraflı süjetdə:


Source link