036233d2-dd70-431e-a31a-d8d07946db87..jpg

Gəncədə VAZ yük maşını ilə toqquşdu, ölən var

Baxış sayı: 419 dəfə baxılıb.

Gəncədə VAZ yük maşını ilə toqquşdu, ölən var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

21 yaşlı Zöhrab Hüseynovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Səbuhi
Məmmədovun idarə etdiyi “ZiL-130” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə sürücü Z.Hüseynov və sərnişini Çingiz Mustafayev xəsarətlər alıblar,
digər sərnişin Mehdi Qəhrəmanzadə isə hadisə yerində həlak olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Source link