Gəncədə yanğın: İki FHN işçisi yaralandı - YENİLƏNİB + FOTO

Gəncədə yanğın: İki FHN işçisi yaralandı – YENİLƏNİB + FOTO

Baxış sayı: 2. 862 dəfə baxılıb.

Fövqəladə Hallar Nazirliyi Gəncədə yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

ÇıxışYolu.Com-ın FHN-in saytına istinadən verdiyi məlumata görə,  şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 m² olan dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 m² sahədə yanıb. 

Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

11:36

Gəncə şəhərində yanan yaşayış binasını söndürən zaman xəsarət alan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının adları məlum olub.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunlar Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Lələyev Namiq Əbülfəz oğludur.

Hər iki yanğınsöndürən hündürlükdən yıxılaraq xəsarət alıb. N.Lələyevin vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta-ağırdır.

Qeyd edək ki, yanğın artıq söndürülüb.

10:55

Gəncədə Heydər Əliyev prospekti bina 6-da yanğın baş verib.

ÇıxışYolu.Com-ın “ARB Kəpəz”ə istinadən xəbərinə görə, tüstülənmə ikimərtəbəli yaşayış binasının dam örtüyündən başlayıb.

Hadisə yerinə FHN-nin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Sakinlər binada təxliyyə edilib.

Sakinlər qabaqlayıcı tədbirlər görərkən iki nəfər FHN əmədaşının xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildiriblər.

www.ÇıxışYolu.Com