d7ca14ee-c33c-46f8-819b-06f48e9e2d70..jpg

Gəncədə yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB

Baxış sayı: 517 dəfə baxılıb.

Gəncədə yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Gəncə şəhəri, Atatürk prospektində mənzildə baş vermiş yanğın
FHN-in yanğından mühafizə qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən
qısa müddətdə söndürülüb.

14:39

Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti
197, mənzil 58 ünvanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dörd yanğınsöndürən maşın və
canlı qüvvə cəlb olunub.

Beşmərtəbəli binanın üçüncü mərtəbəsində olan birotaqlı mənzildə baş vermiş
yanğın söndürülüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada
yaşayanlardan 10 nəfər təxliyə olunub.

Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya
yerləşdirilib. Daha bir qadına isə yerində tibbi yardım göstərilib.

13:27

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, şəhərin Atatürk prospektində yerləşən 5 mərtəbəli
yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Source link