612252c7-24b1-4ec3-878e-94c0b854683b..jpg

Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var – YENİLƏNİB + VİDEO

Baxış sayı: 529 dəfə baxılıb.

Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var – YENİLƏNİB +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə yaşayış binasında yanğın söndürülüb.

“Report”un məlumatına görə, Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən,
üçmərtəbəli binanın dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar
Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri
tərəfindən söndürülüb.

Binanın dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini
təxliyə olunub.

Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi
yardım göstərilib. Yanğın zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə
əlindən yüngül xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

28.03.2024, 23:12

Gəncədə yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın Heydər Əliyev Prospektində yerləşən beş mərtəbəli
yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən binada anidən yanğın başlayıb.

Əraziyə dərhal FHN-nin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb
olunub.

Bina sakinləri təxliyə edilirlər.

Həmin görüntüləri təqdim edirik:

Source link