Gəncədə Zərifə Əliyevanın 95-ci ildönümü keçirilib – VİDEO

Gəncədə Zərifə Əliyevanın 95-ci ildönümü keçirilib – VİDEO

Baxış sayı: 2. 425 dəfə baxılıb.

Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Gəncə Dövlət Filarmoniyasında tədbir keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, tədbirdə çıxış edənlərdən biri də rəqqasə Fatimə Fətəliyeva olub.

Saytımıza açıqlama verən rəqqasə tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib: 

“Bir rəqqasə kimi bu günə kimi bir çox uğurlarım olub. Amma dövlət tədbirlərində çıxış etmək, vətənimizə lazımlı vətəndaş olmaq, bu, başqa hissdir.

Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə möhtəşəm çıxışım oldu. Düşünürəm ki, bu, hələ başlanğıcdır. İnşallah, bu yaxınlarda sevənlərimə şad xəbərim olacaq. Sürpriz olacaq. Gözləsinlər”.

.
www.ÇıxışYolu.Com