Gəncədəki dəhşətli qətlin təfərrüatı: Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

Gəncədəki dəhşətli qətlin təfərrüatı: Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

Baxış sayı: 3. 768 dəfə baxılıb.

Gəncədəki dəhşətli qətlin təfərrüatı: Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

ÇıxışYolu.Com-nun məlumatına görə, dünən gecə saatlarında Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucov arvadı Nuranə Orucovanı qətlə yetirib.

Qətlə qadının boşanmaq istəməsi səbəb olub.

Kişi qadın yuxuda olarkən yataq otağının pəncərəsindən daxil olaraq, ona üstündə gətirdiyi bıçaqla səkkiz zərbə vurub.

Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.