e4abc167-8aab-4b31-83b1-610166bc5c64..jpg

Gəncədən daha bir yardım karvanı Türkiyəyə yola salınıb – FOTO

Baxış sayı: 746 dəfə baxılıb.

Gəncədən daha bir yardım karvanı Türkiyəyə yola salınıb – FOTO

Türkiyədə zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə bir neçə şəhər və
rayonlarda toplanan yardımlar Gəncə şəhərindən 7 TIR tipli yük maşını ilə yola
salınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, fevralın 6-da Türkiyə
Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər
çəkmiş şəxslərə yardım məqsədilə Gəncə şəhərindən növbəti humanitar yardım
karvanı qardaş ölkəyə yola düşüb.

Avtomobil yükləri Neftçala, Səlyan, Saatlı, Hacıqabul, Masallı, Qusar, Ağsu,
Şamaxı, İsmayıllı, Qobustan, Siyəzən, Xızı, Şabran, rayonlarından gətirilən
yardımlardır.

Ümumilikdə 70 695 kiloqram olan yardım Gəncədə xüsusi olaraq ayrılmış TIR
tipli yük maşınlarına yüklənib.

Göndərilən ləvazimatlar isə əsasən isti paltarlar, istilik vasitələri,
yorğanlar, adyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb
və gigiyenik ləvazimatlar, generator və digər zəruri əşyalardır.

Yardım karvanı Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana
yol şəraiti nəzərə alınaraq tez bir zamanda çatırılmsı üçün dayanmadan hərəkət
edəcək.

Source link