49cf520c-ec76-4e6f-a98c-f4af0e3535f0..jpg

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından üç il keçir – VİDEO

Baxış sayı: 649 dəfə baxılıb.

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından üç il keçir – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket
atəşinə tutmasından üç il keçir.

Ermənistanın məkrli və hiyləgər planları bundan ibarət idi ki, həm Azərbaycan
xalqının mübarizə əzmini sarsıtsın, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatını (KTMT) münaqişəyə cəlb etsin.

Ermənistan KTMT yanğısı ilə alışıb-yandığından öz ərazisinə Azərbaycanın raket
atmasına şərait yaratmaq istəyirdi.

Lakin Azərbaycan rəhbərliyi yüksək peşəkarlıq və diplomatik manevr
sərgiləyərək erməni təxribatına uymadı və raket zərbələri nəticəsində ölən
mülki insanların qisası cəbhədə alındı.

Ermənistanın 17 oktyabrdakı raket hücumu miqyasına görə daha böyük dağıntılar
törətdi. Həmingünkü terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda
dağıntılarla nəticələnən cinayətlər baş verdi.

Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın,
5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı.

Təəssüflər olsun ki, Ermənistan istər Birinci, istərsə də İkinci Qarabağ
müharibələrində törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq ədalət
mühakiməsinə cəlb edilməyib.

Beynəlxalq siyasətdə söz sahibi olan ölkələr müharibə cinayətlərinə
münasibətdə də ikili standartlarla davranırlar, nədənsə, Ermənistan heç zaman
onların terrorçu ölkələr siyahısında yer almayıb.

Əksinə, Ermənistana havadarlıq cəhdləri bu gün də davam etməkdədir.

Halbuki, Ermənistanın Gəncədə törətdiyi terrorlar 1949-cu il Cenevrə
Konvensiyaları və onların Əlavə Protokollarının tələblərinin pozulması idi.

Ümumilikdə, 44 günlük Vətən müharibəsi dövründə cəbhədən kənarda yerləşən
Gəncə şəhərinin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır
artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla
26 nəfər şəxs həlak olub, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanıb,
şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli
miqdarda ziyan dəyib.

Qeyd edək ki, Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycanın
Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır.

Rəsmi Bakı təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri
üçün zəruri bütün tədbirləri görür.


Source link