b7204077-a3bb-4c42-92b4-bf2e20f2b672..jpg

Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılıb

Baxış sayı: 482 dəfə baxılıb.

Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin
xatirəsi anılıb

Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələrinin Gəncəni raket
atəşinə tutması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində keçirilən anım
mərasimi raket hücumuna məruz qalmış ərazidə keçirilib.

Mərasimə şəhər rəhbərliyi, idarə və təşkilatların rəhbərləri, polis
əməkdaşları, təhsil işçiləri və digər ictimaiyyət nümayəndələri qatılıb.

Düşmən terroru nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti
olaraq güllər düzülüb, dualar edilib.

Bildirilib ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri
tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində 26 nəfər şəhid olub, 175
nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat
vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5,
8, 11, 17 oktyabrda) raket və ağır artilleriya atəşinə məruz qalıb.

Source link