8694165f-2123-44f7-81d0-dfc6d86f58f5..jpg

Gəncənin raket atəşinə tutulmasının üçüncü ildönümü ilə bağlı yürüş keçirilib – FOTO

Baxış sayı: 524 dəfə baxılıb.

Gəncənin raket atəşinə tutulmasının üçüncü ildönümü ilə bağlı yürüş keçirilib
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 oktyabr 2020-ci il tarixində, Vətən müharibəsi zamanı Ermənistan silahlı
qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulmasının üçüncü
ildönümündə Gəncə şəhərində yürüş keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev prospekti, “ASAN
xidmət” mərkəzinin önündən raket atəşi ilə dağıdılmış əraziyə qədər davam edən
yürüşdə şəhər rəhbərliyi, gənclər təşkilatlarının üzvləri, ictimaiyyət
nümayəndələri və sakinlər iştirak ediblər.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhəri Ermənistan
silahlı qüvvələri tərəfindən beş dəfə ayrı-ayrı günlərdə raket hücumuna məruz
qalıb. Terror nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Source link