2fdd5f0d-3273-4ec8-9249-7eb79daaace4..jpg

Gənc boksçular arasında Azərbaycan birinciliyinə bu gün start veriləcək

Baxış sayı: 565 dəfə baxılıb.

Gənc boksçular arasında Azərbaycan birinciliyinə bu gün start veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə
mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin
idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 oğlan boksçu qatılacaq.
Yarışın açılış mərasimi saat 13:30-da, döyüşlər isə saat 14:00-da başlayacaq.
Qaliblərin adına noyabrın 6-da aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi
təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş
hakimi Anar Babanlı olacaq. Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı
Jamila Borkoyeva münsif funksiyasını yerinə yetirəcəklər.

Source link