Gənc seçicilər Baydendən üz döndərə bilərlər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ Prezidenti Co Baydenin Çinin “TikTok” tətbiqini qadağan edən qanun
layihəsi onun seçki kampaniyasına mənfi təsir göstərəcək.
Jurnalistlər “TikTok” qadağası səbəbindən Bayden üçün seçki fəlakətini
proqnozlaşdırıblar.
Onların fikrincə, qərar gənc seçiciləri keçmiş dövlət başçısı Donald Trampın
tərəfinə çəkəcək.
Media nümayəndələri əvvəllər Baydeni dəstəkləyən nüfuzlu tiktokerlərlə danışıb
və əmin olublar ki, tətbiqin qadağan edilməsindən sonra onlar fikirlərini
dəyişiblər.
Məsələn, prezidentin brifinqlərində dəfələrlə iştirak edən bloqer Ava Sannh
Baydeni sosial şəbəkənin təsirini və onun gənc nəsil üçün əhəmiyyətini dərk
etməməkdə ittiham edib.
Mənbə: Bloomberg