f9b40bbf-5dfc-41c2-a226-8389d0efa408..jpg

Gənc soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında nailiyyətlər qazanıblar – FOTO

Baxış sayı: 592 dəfə baxılıb.

Gənc soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında nailiyyətlər
qazanıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Alberta əyalətində yaşayan gənc soydaşımız Emiliya Əliyeva Monreal
şəhərində keçirilən cüdo üzrə 46-cı Kvebek Beynəlxalq Açıq Çempionatında uğurlu
nəticə göstərib.

“Hiro’s Judo Club”un təmsilçisi olan 70 kq çəki dərəcəsində mübarizə aparan
soydaşımız çempionatın ilk günü U-18 yaş divizionunda tatami üzərinə çıxıb. Üç
rəqibi üzərində üstünlük əldə edən cüdoçu yalnız finalda məğlub olaraq ikinci
yeri tutub.

Ertəsi günü öz yaşına uyğun olaraq U-16 yaş divizionunda tatami üzərinə çıxan
Emiliya Əliyeva bütün rəqibləri üzərində qələbə çalaraq çempion titulunu
qazanıb.

Bundan başqa, Ontario yığma komandasını U-16 yaş divizionunda 66 kq çəki
dərəcəsində təmsil edən gənc soydaşımız Yasur Əlizadə yarışda 3-cü yeri tutub.
Beləliklə, iki soydaşımız öz komandalarına qızıl, gümüş və bürünc medallar
qazandırıb.

Qeyd edək ki, Emiliya Əliyeva 21-22 oktyabr 2023-cü il tarixində Toronto
şəhərində keçirilən “Hatashita 2023 Ontario Open Judo Championships” yarışında
U-16 yaş divizionunda parlaq qələbə qazanıb. Altı yaşından cüdo ilə məşğul olan
və 70 kq çəki dərəcəsində Kanadanın 8 ən yaxşı cüdoçu qızlarından biri hesab
olunan Emiliyanın məşqçisi atası Vəsfi Əliyevdir.

Source link