Gənc türkiyəli yarımmüdafiəçi “Hall Siti”də
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Trabzonspor”un 24 yaşlı futbolçusu Abdulkadir Ömür İngiltərənin “Hall Siti”
klubuna keçib.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Yarımmüdafiəçi 3,5 illik müqavilə imzalanıb.
Türkiyə mətbuatı isə yazır ki, türkiyəli məşhur aparıcı Acun İlıcalının
rəhbəri olduğu “Hall Siti” bu transferə görə “Trabzonspor”a 6 milyon avro pul
ödəyəcək.
Öz növbəsində “Hall Siti”nin baş məşqçi Liam Rosenior türkiyəli futbolçu
barədə yüksək fikir səsləndirib:
“Abdulkadir ilk dəfə Antalyada “Trabzonspor”la yoldaşlıq görüşündə qarşılaşdım
və onun nə qədər yaxşı futbolçu olduğunu dərhal anladıq. Nəhayət yaxşı
keyfiyyətlərə malik bu futbolçunu komandamıza qatmaq üçün fürsət yarandı.
Azarkeşlərimiz onun oyununu izləməkdən zövq alacaqlar. O qapıya yol tapmağı,
qol epizodları yaratmağı və qol vurmağı bacaran futbolçudur”.
Qeyd edək ki, Abdulkadir Ömür peşəkar karyerasını “Trabzonspor”da başlayıb.
Solaxay oyunçu Türkiyə milli komandasının heyətində 12 dəfə meydana çıxıb.
Mənbə: Wearehullcity.co.uk