Gənclər boş vaxtlarını necə keçirirlər?

Gənclər boş vaxtlarını necə keçirirlər?

Baxış sayı: 2. 266 dəfə baxılıb.

Heç bir işin olmadığı, istirahət etmə imkanının yarandığı boş vaxtları necə keçirmək, xüsusən vacibdir. İndiki dövrdə, əksər hallarda çətin rast gəlinsə də, özünü inkişaf etdirmək və əylənmək üçün olan bu saatlara hər kəs həyatında yer ayırmağa çalışır. Həmin saatlar günün bütün produktivliyini öldürə, ya da əksinə, günə daha da maraq qata bilər. Asudə vaxtlar, eyni zamanda, maraqlarını kəşf edə bilmək üçün də yaxşı fürsətdir. Ölkədə də bunun üçün şərait yaradılıb.

Bəs, görəsən, gənclər boş vaxtlarını necə keçirirlər? Cəmiyyətə və özlərinə fayda verərək, yoxsa necə keçdiyini heç bilməyərək? Vaxtını boş yerə öldürən gənclərin sayı kifayət qədər olsa da, vaxtını səmərəli keçirənlər də var. Və biz bu gün onlar haqda danışacağıq.  

Universitetə qəbul olandan sonra gənclər monotonluqdan qaçış kimi gənclik təşkilatlarına üz tuturlar. Bunlar içərisində “Azərbaycan Tələbə Gənclər Təşkilatı”, “AEGEE”, “AISEC” kimi təşkilatlar məşhurdur.

“AEGEE” təşkilatında gənclər mədəniyyət, dillər, idman, insan hüquqları və s. kimi müxtəlif qruplar yaradıb əyləncəli və maarifləndirici tədbirlər həyata keçirirlər.

Seminarlar, şairlərlə görüşlər təşkil olunur, işarət dili ilə bağlı videolar çəkilir, heyvan qoruma mərkəzlərinə baş çəkilir, söhbət qrupları (conversationlar), debatlar qurulur, eyni zamanda, partilər, oyunlar, fleşmoblar keçirilir.

Gənclər boş vaxtlarını necə keçirirlər?

Aktiv gənclərin də boş vaxtlarını necə keçirməkləri ilə maraqlandıq.

Əzizə Xəlilova Bakı Dövlət Universitetində IV kurs tələbəsidir. O, eyni zamanda, universitetin Debat Klubunda hakim, məşqçi və təlimçi kimi aktiv fəaliyyət göstərir. “Gənc Avropa Səfirləri” şəbəkəsinin üzvüdür.

Gənclər boş vaxtlarını necə keçirirlər?

Boş vaxtlarında cürbəcür seminarlarda, simulyasiyalarda və konfranslarda iştirak etdiyini deyir:

“Boş vaxtlarım o qədər də çox olmasa da, asudə vaxtlarımda kitab oxumağı və həmin saatları dostlarımla keçirməyi sevirəm. Müxtəlif materiallardan əl işləri düzəltməyi də xoşlayıram. Bu, mənə pozitiv enerji verir və dincəlməyə kömək edir.

Gənclər boş vaxtlarını necə keçirirlər?

Gün ərzində yaranan cüzi boş vaxtımı xarici sözlər öyrənməyə həsr etməyə çalışıram. Buna telefonda olan müxtəlif proqramlar kömək edir”.

Füzuli Vəliyev işləsə də, boş vaxtlarını həm səmərəli, həm də əyləncəli keçirməyin yollarını tapıb: 

“İşdə ehtiyac olduğu üçün, işdən sonra kompüter və ingilis dili kurslarına gedirəm. Bundan əlavə, voleyboy və qaydasız döyüşlə məşğul oluram.

600-dən çox gəncdən ibarət “Modern Youngs” adlı qrupumuz var. 

Gənclər boş vaxtlarını necə keçirirlər?

Eynifikirli dostlarımızla həftəsonları maraqlı aktivitilər keçiririk, rayon turlarına gedirik, bubble soccer, paintball, voleybol, futbol, boulinq oynayırıq. Birlikdə hansısa kitabın və ya kinonun müzakirəsini edirik”. 

Gənclər boş vaxtlarını necə keçirirlər?

Gənclərin üz tutduqları məkanlardan biri də book-kafelərdir. Aydan Cəfərova onun dostlarla toplaşmaq üçün uyğun məkan olması barədə danışdı:

“Tələbələr üçün ən səmərəli yer, yəqin ki, book-kafelərdir. Soyuq havalarda oraya üz tutub çay içib dostlarla vaxt keçiririk. Sakitlikdə kitab oxumaq da mümkündür. Yayın istisindən, qışın soyuğundan oraya sığınırıq, demək olar”.

Gənclər boş vaxtlarını necə keçirirlər?

Nəzrin Həsənova
www.ÇıxışYolu.Com