b299239d-d525-4883-9e49-c5bd79e9e77c..jpg

Gənclər təşkilatları Bakı və regionlarda fəaliyyətlərini davam etdirirlər – FOTO

Baxış sayı: 2. 830 dəfə baxılıb.

Gənclər təşkilatları Bakı və regionlarda fəaliyyətlərini davam etdirirlər –
FOTO

NAYORA üzv gənclər təşkilatları ilə birlikdə “Gənclər Təşkilatlarının
Fəaliyyətlərinin Dəstəklənməsi – 2.0” proqramı çərçivəsində Bakı və müxtəlif
regionlarda bir sıra layihələrin icrasını davam etdirir.

Proqram çərçivəsində 2022-23-cü illər ərzində altı istiqamət üzrə 15
təşkilatın 15 layihəsinə resurs dəstəyinin göstərilməsi planlaşdırılmışdı.
2023-cü ildə keçiriləcək yeddi layihədən üçünün icrasına artıq başlanılıb.

İndiyədək Bakı, İsmayıllı və Balakən şəhər və rayonlarında keçirilən
layihələrdə 200-ə yaxın gənc təlim və seminarlarda iştirak edib.

Proqram çərçivəsində cari il üzrə ilk fəaliyyətə başlayan təşkilat İsmayıllı
İntellektual Oyunlar Klubu İctimai Birliyi olub. İsmayıllı rayonunun Talıstan,
Təzəkənd, Quşencə və Diyallı kəndlərini əhatə edən “Kəndimizin İntellektual
Gəncləri” layihəsi zamanı 30-dan çox komanda yarışda mübarizə apararaq
azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzularda
sualları cavablandıraraq müxtəlif hədiyyələr qazanıb. Kənd gəncləri arasında
təşkil edilən layihənin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək
onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə
miqyaslı yarışlara hazırlıq və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən
ibarət olub.

Müxtəlif “vörkşop” və təlimləri özündə birləşdirən daha bir layihə isə İşıqlı
Gələcək Gənclər İctimai Birliyi tərəfindən Balakən rayonunda üç gün müddətində
davam edən “Gənclər üçün layihələrin yazılması təlimləri” oldu. Layihənin
məqsədi Balakən gəncləri üçün layihələrin yazılması və idarə olunması
istiqamətində fəaliyyətlər təşkil etməklə onların bilik və bacarıqlarının
artırılmasına töhfə vermək olub.

Bakı şəhərində hələ də davam etməkdə olan “Gənclər vətənpərvərlik ruhunda”
layihəsi Gənc Vətənpərvərlər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Layihənin məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması və
təbliği istiqamətində maarifləndirmə fəaliyyətlərinin təşkilindən ibarətdir.
Qeyd edək ki, layihə çərçivəsində bir görüş keçirilib, əlavə iki görüşün
keçirilməsi isə planlanıb.

Mart ayının sonunadək daha dörd layihə Bakı şəhəri və Zərdab rayonunda icra
olunacaq.

Məlumat üçün vurğulamaq istərdik ki, proqram Azərbaycan Respublikası Gənclər
Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli
Şurasının təşkilatçılığı ilə keçirilir.

Source link