3d47f1a5-f0f0-467e-a5de-71a92c572ee7..jpg

Gənclər və idman naziri Fərid Qayıbov AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub – VİDEO

Baxış sayı: 508 dəfə baxılıb.

Gənclər və idman naziri Fərid Qayıbov AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!”
kampaniyasına qoşulub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən
həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ABAD” publik hüquqi
şəxsin ardınca gənclər və idman naziri Fərid Qayıbov da “Şəkəri azalt, ömrünü
uzat!” kampaniyasına qoşulub. Nazir bunu “Facebook” hesabında etdiyi
videomüraciətdə bildirib. F.Qayıbov hər kəsi sağlam həyat tərzi üçün şəkər
istehlakını azaltmağa və istehlak olunan qidalara fikir verməyə dəvət edib.

Qeyd edək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında
sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o
cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması
məqsədilə reallaşdırılır. Kampaniya ilə əlaqədar agentlik tərəfindən geniş
təbliğat-təşviqat işləri aparılır, maarifləndirici məlumatlar, bukletlər və
videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur:


Source link