611d710c-0e2b-4d0c-8518-192607833bfd..jpg

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb

Baxış sayı: 751 dəfə baxılıb.

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı
bəyanat yayıb

Gənclər və İdman Nazirliyi, həmçinin, Azərbaycan Tennis Federasiyası “Böyük
dəbilqə” seriyalı “Australia Open” tennis turnirində keçirilən oyun zamanı
erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun təxribatı ilə bağlı Rusiyanın
müvafiq qurumlarına, Beynəlxalq Tennis Federasiyasına və “Australia Open”
tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlayıb.

Bu barədə Gənclər və İdman Nazirliyinin bəyanatında bildirib.

Qeyd olunub ki, təxribatçı addımlara görə, tennisçinin cəzalandırılması və
belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilib:

“Hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri
çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli
Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına
yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi
turnirin davranış qaydalarına zidd olan təxribat törədib və beynəlxalq
turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd
edib. Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş
tutan oyundan sonra da təkrarlanıb”.

Bəyanatda əlavə olunub ki, Rusiyanın müvafiq qurumları tərəfindən məsələnin
araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilib.

Source link