467ff7b2-dd38-4fd3-90ad-fe379fb6de7e..jpg

Gənclər və İdman Nazirliyi hesabat verdi

Baxış sayı: 2. 239 dəfə baxılıb.

Gənclər və İdman Nazirliyi hesabat verdi

Gənclər və İdman Nazirliyi 2021-ci il üçün idmana dair hesabatı təqdim edib.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan 44 idmançı ilə təmsil olunduğu Tokio
Olimpiadasından 3 gümüş, 4 bürünc olmaqla, 7 medalla qayıdıb.
Paralimpiyaçılarımız isə 14 qızıl, 1 gümüş və 4 bürünc medalla ölkələr
sıralamasında ilk “onluğ”a daxil olmaqla Paralimpiya tariximizin ən böyük
uğurunu qazanıb.

Futbol üzrə Avropa çempionatının final mərhələsi də bir il təxirə salınmadan
sonra, bu il Bakı da daxil olmaqla 11 şəhərdə təşkil edilib və Azərbaycan
futbol azarkeşləri paytaxtımızda 3 qrup və 1 1/4 final oyununu tribunadan canlı
izləmək imkanı qazanıb.

Bu il cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri, aerobika gimnastikası və
batut gimnastikası üzrə dünya çempionatları, XXVIII Dünya Yaş Qrupları
Yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, “Formula-1” Qran Prisi,
paracüdo üzrə IBSA cüdo Qran Prisi kimi yarışlar da daxil olmaqla ölkəmiz 15
beynəlxalq yarışa ev sahibliyi edib.

İl ərzində müxtəlif növlər üzrə yığma komandalarımız 92 təlim-məşq toplanışına
cəlb edilib. Milli komandalarımız ümumilikdə 182 beynəlxalq yarışda iştirak
edib. Pandemiya qaydalarına riayət etməklə, Bakıda və ölkəmizin müxtəlif şəhər
və rayonlarında 57 respublika miqyaslı idman yarışı təşkil edilib. İl ərzində
qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran Pri və digər nüfuzlu
beynəlxalq yarışlarda uğurla çıxış edərək Azərbaycan üçün ümumilikdə, 519 medal
qazanıb. Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si
qeyri-Olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.

Prezident İlham Əliyevin futbol tariximizdə ilk dəfə Avropa Konfrans Liqasının
pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul etməsi
və həmin gün imzaladığı sərəncamla kluba maliyyə dəstəyi göstərməsi idmana
dövlət qayğısının növbəti nümayişi olub.

Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2021-ci il tarixli Sərəncamı
ilə Fərid Qayıbov gənclər və idman naziri vəzifəsinə təyin edilib.

Olimpiya ili başa çatdığı üçün və eləcə də, bir çox idman federasiyalarının
nizamnamələrinə uyğun olaraq, bu ilin noyabr-dekabr ayları ərzində cüdo,
üzgüçülük, qılıncoynatma, şahmat, voleybol, velosiped idmanı, güləş, badminton,
basketbol, atıcılıq, triatlon, avarçəkmə, stolüstü tennis və taekvando
federasiyalarının hesabat-seçki konfransları təşkil olunub. Həmin
federasiyaların ötən Olimpiya dövrü üçün hesabatları dinlənilib və yeni
seçkilər keçirilib.

Source link